Somalidə hücum : Paytaxt Moqadişu qana boyandı

  • By arzu
  • 24 İyul 2023 17:08

Somalidə hərbi akademiya binasına hücum edilib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Moqadişuda hərbi akademiyaya bombalı hücum zamanı 20 nəfər ölüb, 70 nəfər isə yaralanıb.

Hücumun Əş-Şəbab qruplaşması tərəfindən gerçəkləşədirildiyi bildirilir.

Olay sabah saatlarında yaşanıb. Yerli qaynaqlar hücumu təsdiq edib.

Partlayıcı 250 əsgərin olduğu yerdə işə salınıb. Hücumçu hökumət qüvvələri arasına sızaraq olayı gerçəkləşdirib.

Bəzi qaynaqlar ölənlərin sayının 73nəfər  olduğunu vurğulayıblar.

 

Tərcümə: Arzu

Gununsesi.info