Zaqatalada itkin düşənlərin yeri müəyyənləşdi

Zaqatalada itkin düşən 2 nəfərin yeri müəyyən edilib.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Gununsesi.info-ya bildirib ki, Zaqatala rayonunun Qəbizdərə kəndində çətin relyefli dağlıq- meşəlik ərazidə köməksiz vəziyyətdə qalan 2 nəfərin olduqları yer müəyyən olunub.

Hazırda onların təxliyyə edilməsi istiqamətində tədbirlər həyata keçirilir.