“Tvitter”də mavi quşun yerini “X” loqosu aldı

  • By arzu
  • 24 İyul 2023 16:19

“Tvitter”in yeni loqosu dəyişib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, “Tvitter”də mavi quşun yerini “X” loqosu alıb.

Hələ günlər öncə “”Tvitter”in sahibi Elon Mask quş simvolunun yerinə “X” hərfini istifadə etmək istədiyini söyləmişdi.

Mask açıqlamasında gün içində “Tvitter”in loqosunun dəyişəcəyini bildirmişdi.

Mask “X” olaraq dəyişdirilən loqonu “Çoxdan edilməsi gərəkli olan bir dəyişiklik” olaraq dəyərləndirmişdi.

Maskın işarə etdiyi “x.com” internet saytı birbaşa “twitter.com”a yönləndirmə edir.

 

Tərcümə: Arzu

Gununsesi.info