
İran Avropaya çağırış edib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin sözcüsü Nasir Kənani “Quran” kitabına yönəlik Avropa ölkələrindəki hücumu “utanc verici” olaraq qiymətləndirib. Siyasətçi bu cür davranışları qınadıqlarını bildiirb.
Paytaxt Tehrandakı mətbuat toplantısında gündəmi dəyərləndirən Kənani 2 milyardlıq müsaəlmanın dini kitabı olan “Quran”a hücumun bütün səmavi dinlərə qarşı bir davranış olduğunu söyləyib.
“İslam dövlətlərinin bu cür davranışların təkrarını önləmək üçün gücünü işlədəcəklərinin gərəkli olduğuna inanırıq”, – deyə Kənani söyləyib.
Tərcümə: Arzu