“Sıfır büdcə və sonsuz sevgi ilə millətimizin öpülməmiş əllərini öpməyə gəlmişik” – Sayadoğlu

  • By arzu
  • 05 May 2023 12:22

Xalqa Xidmət Hərəkatının Başqanı Arzu Sayadoğlu hərəkatın gələcəyi və işi ilə bağlı açıqlama verib.

Gununsesi.info xəbər verir ki, mühafizəkar, milli və sosialist yönümlü siyasi xətləri olduğunu bildirən Sayadoğlu  hərəkatın artıq  paytaxtda və bölgələrdə 10-a yaxın görüşlər keçirdiyini və böyüməyə davam etdiyini bildirib.

HTML tutorial

XXH Başqanı bu həftə hərəkat olaraq yeni televiziya qurduqlarını və eyni televiziyanın Youtube üzərindən işini davam etdirdiyini söyləyib.

“XXH TV-nin loqosu hazırlandı və bütün üzvlərimizlə bölüşdük. Orada millətimizin və ölkəmizin sosial, siyasi-hüquqi  problemlərini, gündəmi işıqlandırırıq. Bütün siyasi partiyalarla əlaqələri gücləndirməyə açığıq. Səmimi və xalqın maraqları üçün olan dialoqlar bizim istəklərimizə uyğunudur. Artıq bir neçə siyasi partiya və hərəkatlarla dialoqlar, görüşlər üçün “randevular” almışıq. Bir neçə hərəkat başqanları və siyasi partiya başçılarını ötən aylarda keçirmişik”.

 

Sayadoğlu vurğulayıb ki, Qazaxdan-Bakıya, Qusardan  – Cəlilabad və İmişliyə, Şamaxıya qədər təşkilatlarını qurub gücləndirməyə çalışırlar.

“Bütün ölkəboyu coğrafiyaya yayılmaq və yurdumuzun hər nöqtəsində olan insanlarımız üçün xidmət etmək istəyirik. Yarandığımız ilk gündən bəri demişik: Sıfır büdcə və sonsuz sevgi ilə millətimizin öpülməmiş əllərini öpməyə gəlmişik. Xalqa Xidmət Hərəkatı millətə xidmət edən xidmətçilərin ünvanıdır. Qərb bölgəsində bə paytaxtda daha aktivik. Ən önəmli coğrafiya millətin qəlbi və hər kəsə anlayışla yanaşan demokratik ortamın yaradılacağı bir sistem olacaq”.

Sayadoğlu açıqlayıb ki, hazırda İdarə Heyəti, digər əsas strukturlar və başqanlıq müavinləri ilə bağlı yeni islahatlar və addımların atılması yönündə danışıqlar aparılır.

Xatırladaq ki, Azərbaycanda 2022-ci ilin dekabrında yaradılmağa başlayan və 2023-cü ilin yanvarında elan edilən Xalqa Xidmət Hərəkatı (XXX) ölkə boyunca şəhərlərdə və rayonlarda təşkilatlanmağa davam edir. Hazırda siyasi qurumun yüzlərlə üzvü var.

 

Gununsesi.info