
“Hesab edirəm ki, ölkədə məhkəmə sədrliyi institutu ləğv edilməlidir və ya məhkəmə sədri hakim olaraq ədalətli şəkildə proseslərə çıxmalıdır”.
Bunu Gununsesi.info-ya açıqlamasında tanınmış vəkil Aqil Layic deyib.
Onun sözlərinə görə, sədrlik postu inzibati və təşkilati məsələyə aiddi: “Ancaq sədr ilk növbədə hakimdir, hakimlik maaşı alır. Həmin sədr-hakim proseslərə çıxmırsa və ya ildə bir neçə prosesə çıxırsa, ona hakimlik maaşı ödənilməlidir? Bu, digər hakimlərə nisbətdə ayrı-seçkilikdir”.
Elmar Elnuroğlu
Gununsesi.info