Məşhur internet kanalı fəaliyyətini dayandırıb -AÇIQLAMA

RLC (Red Line Channel) kanalı müvəqqəti fəaliyyətini dayandırmalı olub.

Gununsesi.info xəbər verir ki, bu barədə adıçəkilən kanalın baş redaktoru Samirə Qasımlı açıqlama yayıb.

HTML tutorial

O, bildirib ki, kanalın bağlanması müvəqqəti qərardır:

“RLC ölkədə tək-tük öz sözünü deyə bilən media kanalı idi. RLC-nin əsas missiyası hakimiyyətin həyata keçirdiyi manipulyasiyalara aydınlıq gətirmək, işin əslini göstərmək, baş verənlərin mahiyyətini təfərrüatlı şəkildə çözmək idi. Bu fəaliyyətinə görə RLC kanalı bir neçə ay öncə yerləşdiyi ofisdən çıxarıldı. Mart ayında Facebook səhifəsi hak olundu və son 1 illik materialları Facebook səhifəsindən silindi. Bu materialların böyük hissəsinin yüz minlərlə baxış, minlərlə bəyənmə sayı vardı. Bir neçə gün öncə isə RLC-nin sığındığı təşkilata ofisi boşaltması tələbi gəldi.

Son bir neçə ayda biz RLC kanalı olaraq fəaliyyətimizə ara verərək yeni formatlar üzərində işləyirdik. Hər gün efirə çıxmaq, yeni verilişlərlə ölkədə baş verənlərin operativ təhlilini həyata keçirmək istəyirdik”.

Samirə Qasımlı deyib ki, RLC fəaliyyətini müvəqqəti dayandırır: “RLC olaraq haradan və necə başlaya biləcəyimiz üçün yenidən yola çıxacağıq”.

Şəbnəm