Stefan Şenak: “Bəxtiyar Hacıyev azad edilməlidir”  -ÖZƏL

  • By admin
  • 25 Aprel 2023 11:16

 

Bir neçə aydır ki, həbsdə olan siyasi fəal Bəxtiyar Hacıyevin həbs müddəti yenidən uzadılıb. Baxmayaaq ki, ötən müddət ərzində Hacıyevin işi üzrə heç bir istintaq prosessual hərəkət aparılmayıb.

HTML tutorial

Sonuncu məhkəmə prosesində Hacıyevin özü və vəkilləri bunu sifarişli adlandırıb.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Stefan Şenak Gununsesi.info-ya açıqlamasında bu barədə danışıb.

 

Mən hesab edirəm ki, Hacıyev və digər həbsdəli jurnalistlər tezliklə azad edilməlidir. Çünki, onlar həbsdə qala bilməz. Bəxtiyar Hacıyev insan hüquqları üzrə fəaldır, o bloggerdir və buna görə də o azad edilməlidir”.

Həmməruzəçi bildirib ki, bu həftə AŞ PA-da Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin vəziyyəti ilə bağlı məsələlər müzakirə olunacaq:  “Həmin məsələdə Bəxtiyar Hacıyevin də işi müzakirəyə çıxarılacaq”.

 

Pərviz Həşimli

Fransa/Strasburq