Hökumət “Azərişıq”ın 170 milyon manat borcunu bağışlayıb

“Azərişıq” ASC-nin “Azərenerji” ASC-yə olan 170 milyon 500 min manat kreditor borcu bağışlanıb.

Bu, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin 31 dekabr 2022-ci il tarixində tamamlanan il üzrə Maliyyə Hesabatları və Müstəqil Auditorların Hesabatında bildirilir.

HTML tutorial

“2022-ci ildə Nazirlər Kabinetinin 28 dekabr 2022-ci il tarixli 795 nömrəli qərarına əsasən həmin tarixə “Azərenerji” ASC-yə olan 170 milyon 500 min manat məbləğində kreditor borcu bağışlanmışdır”,– hesabatda bildirilir.

“Azərişıq” şirkəti Azərbaycan Respublikası Nazirlər Kabineti ilə təmsil olunan dövlətə məxsusdur. Şirkətin nəzarətedici tərəfi Azərbaycan Hökumətidir.

Gununsesi.info