“Bələdiyyələr deputatlara hesabat verməli deyil”.
Gununsesi.org-un verdiyi xəbərə görə, bunu deputat Fazil Mustafa deyib. O bildirib ki, bununla bağlı 50-dən çox ölkənin konstitusiyasını araşdırıb:
“Dünyanın heç bir demokratik ölkəsində bələdiyyə parlamentə hesabat vermir. Hər ikisi seçki ilə seçilir. Biz bundan imtina etməliyik. Azərbaycan Konstitusiyasında bələdiyyə Milli Məclisə hesabat verir. Amma Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında belə bir norma yoxdur.
Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev deyib ki, burada yanlış anlaşılma var: “Bizim qanunvericiliyə görə, hesabatı bələdiyyələr yox, bələdiyyələrə inzibati nəzarəti həyata keçirən icra qurumu verir. Burada da müəyyən olunub ki, inzibati nəzarəti Ədliyyə Nazirliyi keçirir. Hesabat onun üçündür ki, Ədliyyə Nazirliyi bu nəzarəti necə həyata keçirir”.
COMMENTS