İlham Əliyev onu “Şöhrət” ordeni ilə təltif etdi –SƏRƏNCAM

İlham Əliyev onu “Şöhrət” ordeni ilə təltif etdi –

Prezident İlham Əliyev Arif Əhməd oğlu Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Gununsesi.org bildirir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikasında mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə Arif Əhməd oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib. 

Qeyd edək ki, A.Məmmədov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktorudur.

Gununsesi.org

COMMENTS