Parlamentdə ədalətsiz qərar çıxaran məhkəmə hakimlərinə daha sərt cəzanın tətbiqi təklif edildi

Parlamentdə ədalətsiz qərar çıxaran məhkəmə hakimlərinə daha sərt cəzanın tətbiqi təklif edildi

Cəmiyyətdə əsas məsələ rüşvətxorluqla mübarizənin gücləndirilməsidir.

Gununsesi.org-un məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev deyib. 

O bildirib ki, rüşvət alan vəzifəli şəxslərlə yanaşı, rüşvət verənlər də cinayət məsuliyyətinə cəlb olunmalıdır. 

“Düzdür, Cinayət Məcəlləsində rüşvət verməyə görə də məsuliyyət nəzərdə tutulur. Ancaq qanunvericilikdə nəzərdə tutulur ki, rüşvət vermək barədə hüquq-mühafizə orqanlarına məlumat verən şəxs məsuliyyətdən azad olunur. Buna görə də insanlar düşünür ki, rüşvət verirsə və işi alınmırsa, gedib şikayət edəcək. Bu məsələyə yenidən baxılmalıdır”, – deyə Q.Həsənquliyev əlavə edib. 

Deputat ədalət mühakiməsi əleyhinə olan cinayətlərə görə də cəzaların sərtləşdirilməsini təklif edib. 

“Məhkəmə hakimlərinə ədalətsiz qərara görə 300-500 manat cərimə nəzərdə tutulur. Hakim də fikirləşir ki, səhv qərar versəm, 300 manat cərimə olunacağam. Biz bu məsələdə də cəzanı sərtləşdirməliyik”. 

Gununsesi.org

COMMENTS