Sabah hava necə keçəcək?

Sabah hava necə keçəcək?

8 apreldə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Gununsesi.org-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 9-11, gündüz  14-19, Bakıda gecə 9-11, gündüz 16-18 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11, gündüz 20-25, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti  olacaq.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Gununsesi.org

COMMENTS