Faciədən sağ çıxan azarkeş koronavirusdan öldü

Faciədən sağ çıxan azarkeş koronavirusdan öldü

İngiltərənin “Liverpul” klubunun azarkeşi Deyv Ronald koronavirusdan dünyasını dəyişib.

Gununsesi.org xarici mətbuata istinadən xəbər verir ki, 65 yaşlı fanat Ronald, 1989-cu ildə “Hillsboro” stadionunda baş verən faciədə sağ qalmağı bacarmışdı.

1989-cu il, aprelin 15-də “Hilssboro” stadionunda keçirilən “Nottinqem Forest” – “Liverpul” matçı zamanı tribunalar çökmüşdü. Hadisə nəticəsində 96 “Liverpul” azarkeşi vəfat etmişdi.

Hadisədən sonra Ronald tribunaların dağıntıları yaxınlığında oturarkən şəkli şəkilmişdi. Həmin foto hadisəylə bağlı məhşur fotolardan biri idi.

Gununsesi.org

COMMENTS