“Koronavirusa yoluxmada sabitləşmə var” – Nazirlər Kabineti

“Koronavirusa yoluxmada sabitləşmə var” – Nazirlər Kabineti

“Hazırda koronavirusa yoluxmada sabitləşmə müşahidə olunur”.

Gununsesi.org-un məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfrasında Nazilər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib.

İ.Məmmədovun sözlərinə görə, 5 günün dinamikası göstərir ki, pozitivlə neqativ bir-birini əvəzləyir:

“Aprelin 12-dən sağalma yoluxmanı üstələyib. Bu, pozitiv bir haldır. Aprelin12-si ilk dəfə pozitiv nəticə oldu  Aprelin 13-də neqativ olsa da, az fərq oldu. Bu gün 53 nəfər sağalma 56 yoluxma qeydə alınıb.

14-cü gün pozitiv nəticə əldə etdik. Ötən həftə sabit olub. Xəstələrin sayı 822-844 nər arasında dəyişib. Bu da vəziyyətin sabitliyini göstərir. Amma biz deyə bilmərik ki belə davam edəcək. Son 5 gündə pozitiv neqativi əvəzləyir. Bu vaxta qədər belə deyildi. Son 5 günə qədər neqativ pozitivi üstələyirdi. Bu o deməkdir ki karantin rejiminin nəticələri artıq var. Bu bizi ruhlandırır ki karantinə əməl edək”.

Gununsesi.org

COMMENTS