Azərbaycan dövlətinin “İnterpol” xətti ilə beynəlxalq axtarışa verdiyi şəxs saxlanılıb.
Gununsesi.org-un “Report”-a istinadən xəbərinə görə, Azərbaycan vətəndaşı, 1971-ci il təvəllüdlü Azər Hüseynov Almaniyada bu ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.
Onun Azərbaycana ekstradisiya ediləcəyi gözlənilir.
A.Hüseynov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilmişdi.
COMMENTS