Karantin bu içkinin bahalaşmasına səbəb oldu

Karantin bu içkinin bahalaşmasına səbəb oldu

Demək olar ki, bütün dünyada tətbiq edilən karantin rejimi dünya üzrə qəhvənin qiymətinin bahalaşmasına səbəb olub.

Gununsesi.org bildirir ki, bu barədə CNBC məlumat verib.

Restoran, kafe və qəhvə satışı mərkəzlərinin karantinə bağlanması səbəbindən insanlar kütləvi şəkildə evdən işlədiklərinə görə supermarketlərdən aktiv şəkildə qəhvə almağa başlayıblar. Nəticədə, qəhvənin qiyməti artıb. Misal üçün, ərəb qəhvəsinin qiymətində 15 faiz artım müşahidə edilir.

Vasitəçi şirkətlərdən biri “İnsanlar mətbəx şkaflarını ərzaqla doldururlar, sonra da dolu saxlamaq üçün supermarketlərə getməyə davam edirlər” kimi açıqlama verib.

Gununsesi.org

COMMENTS