
“Abituriyent” jurnalının məsul katibi, tanınmış alim Hikmət Kazımov vəfat edib
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, 72 yaşlı H. Kazımov avqust 21-də dünyasını dəyişib.
Qeyd edilib ki, H. Kazımov həm də uzun müddət Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi fəaliyyət göstərib.