
Moskvada iki böyük aeroportda uçuşlar müvəqqəti məhdudlaşdırılıb.
Bundan öncə Müdafiə Nazirliyi Moskva regionu üzərində Ukrayna dronunun vurulduğunu bildirib.
Gununsesi.info xəbər verir ki, Domodedovo aeroportunda uçuşlar “əlavə uçuş təhlükəsizliyi tədbirlərinin görülməsindən ötrü” məhdudlaşdırılıb. Məlumatı Rusiya mediası aeroportun mətbuat xidmətinə istinadla yayıb. Vnukovo aeroportunda da oxşar tədbirlər görülüb.
Müdafiə Nazirliyinin məlumatına görə, havadan müdafiə qüvvələri Moskva vilayətində Ukrayna dronunun qarşısını alaraq məhv edib. Nazirlik itki olmadığını bildirir.
Təxminən iki saatdan sonra hər iki aeroportun normal fəaliyyəti bərpa olunub.
Gununsesi.info