
Azərbaycan Mərkəzi Bankının (AMB) Nağd pul departamentinə yeni direktor təyin edilib.
Gununsesi.info xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov əmr imzalayıb.
Əmrə əsasən, sözügedən vəzifə Adışirin Qasımova həvalə olunub.
O bu ilin may ayına qədər Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri olub və yeni vəzifəsində Elşən Mahmudovu əvəz edib.
Gununsesi.info