
Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə göndərdiyi erməni əsilli milyarder Ruben Vardanyan Ukrayna tərəfindən axtarışa verilib.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynanın sanksiya tətbiq edilən şəxslərin siyahısına daxil etdiyi Ruben Vardanyan “dərhal saxlanılaraq Ukrayna və NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməli” şəxs kimi qeyd edilib.
Qeyd edək ki, bu ilin fevralında Xankəndidəki separatçıların “dövlət naziri” Ruben Vardanyan “postu”nu itirib.
Gununsesi.info