Zavoddakı yanğında bir nəfər xəsarət alıb

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda Qaz məhsullarının qəbulu və buraxılışı sahəsində yanğın olub.

Gununsesi.info xəbər verir ki, bu barədə “SOCAR Downstream Management” MMC məlumat yayıb.

HTML tutorial

İlkin ehtimala görə, yanğın xammal tutumunda baş verib.

“Yanğın qeydə alındıqdan sonra Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hazırda müvafiq soyutma tədbirləri fasiləsiz olaraq davam etdirilir. Yanğın zamanı bir nəfər yüngül xəsarət alıb. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”, – rəsmi açıqlamada deyilir.

Gununsesi.info