Şəkidə evdə partlayış: 3 nəfər yaralandı

Şəkidə evdə qaz sızması nəticəsində partlayış olub, 3 nəfər ağır xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, hadisə bu gün rayonun Aşağı Göynük kəndində baş verib.

HTML tutorial

Belə ki, partlayış zamanı evdə olan 2000-ci il təvəllüdlü Yusifova Şəlalə Nəsib qızı,
2021-ci il təvəllüdlü Soltanlı  Məhəmməd Nicat oğlu və 2020-ci il təvəllüdlü Soltanlı Əli Nicat oğlu ağır xəsarət alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yaralıların vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info