Neftçalada avtomobil motosikletlə toqquşdu: Ölən və yaralananlar var

Neftçala rayonunda 2 nəfərin ölümü, 1 nəfərin xəsarət alınması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Həsənabad avtombil yolunda qeydə alınıb.

HTML tutorial

Belə ki, “Mercedes” markalı avtomobil motosikletlə toqquşub. Qəza nəticəsində Neftçala rayon sakinləri – 1968-ci il təvllüdlü Hüseynov Tofiq İsgəndər oğlu və 1979-cu il təvəllüdlü Zeynalov Elnur İsa oğlu hadisə yerində ölüb. Müxtəlif dərəcəli xəsarətlər alan 2010-cu il təvəllüdlü Balaşov Bayram İntiqam oğlu isə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info