Tanınmış baş redaktor VƏFAT ETDİ

“Moderator” saytının rəhbəri, tanınmış jurnalist Zülfüqar Hüseynzadə bu sabah Kəlbəcərdə vəfat edib.

Gununsesi.info xəbər verir ki, əslən Kəlbəcərin Başlıbel kəndindən olan Zülfüqar bəy doğma yurduna ziyarətə gedibmiş.

HTML tutorial

Alaçıq quraraq, gecəni kənddə keçirdən jurnalistin sabaha yaxın səhhəti qəfil pisləşib və o, ürəktutmadan vəfat edib.

Z. Hüseynzadənin 52 yaşı vardı.

Allah rəhmət etsin. Yaxınlarının və jurnalist cameəsinin başı sağ olsun!

Gununsesi.info