Peskov Paşinyanın sülhməramlılarla bağlı ittihamına cavab verdi

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Baş naziri Nikol Paşinyanın rus sülhməramlılarını tənqid etməsinə cavab verib.

Gununsesi.info xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

HTML tutorial

O bəyan edib ki, Rusiya sülhməramlıları çalışdıqları ərazilərdə asayişi və əmin-amanlığı təmin etmək üçün mümkün olan hər şeyi edirlər. “Biz, şübhəsiz ki, erməni həmkarlarımız və müttəfiqlərimizlə bu mövzunu müzakirə etməyə davam edəcəyik”, – Kreml sözçüsü əlavə edib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətini tənqid edib. Onun fikrincə, sülhməramlı missiya Laçın dəhlizinə nəzarət üzrə öhdəliklərini yerinə yetirmir.

Gununsesi.info