Hindistan-Banqladeş sərhədində güclü zəlzələ

  • By arzu
  • 15 Avqust 2023 11:26

Hindistan-Banqladeş sərhədində güclü zəlzələ olub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Amerikan Geoloji Araşdırma Mərkəzi tərəfindən verilən açıqlamada Hindistan-Banqladeş sərhədindəki zəlzələnin 5,3 bal gücündə olduğu bildirilir.

Zəlzələ zamanı ölənlər və dəymiş ziyanla bağlı hələlik məlumat verilmir.

Amerikan Geoloji Araşdırma Mərkəzinin açıqlamasına görə, zəlzələ Hindistanın Karimganc şəhərinin 14 kilometrliyində olub.

Hindistan Seysmoloji Mərkəsi isə zəlzələnin 5,4 bal gücündə və yerin 61 km. dərinliyində baş verdiyini açıqlayıb.

 

Tərcümə: Arzu

Gununsesi.info