Naxçıvanda daha bir nazirlikdə yoxlama aparılacaq

Naxçıvan Muxtar Respublikasının (NMR) Fövqəladə Hallar Nazirliyində (FHN) yoxlama aparılacaq.

Gununsesi.info Oxu.Az-a istinadən xəbər verir ki, Hesablama Palatası tərəfindən nazirlik və strukturuna daxil olan qurumlarda kənar dövlət maliyyə nəzarəti tədbiri keçiriləcək.

Yoxlamalar 2023-cü il avqust ayının sonunda nəzərdə tutulub.

Qeyd edək ki, hazırda NMR-in Səhiyyə Nazirliyində kənar dövlət maliyyə nəzarəti tədbiri davam etdirilir.

Gununsesi.info