Rusiyada koronavirusa yoluxanların sayı 100 mini keçərək 106 498 nəfərə çatıb.
Gununsesi.org bildirir ki, bu barədə Rusiyanın koronavirus infeksiyası ilə mübarizə üzrə operativ qərargahından məlumat verilib.
Sutka ərzində qonşu ölkənin 85 regionunda 7 099 yeni yoluxma qeydə alınıb. Yeni yoluxanlar arasında təxminən 40 faizi simptomsuz xəstələr olub.
Qeyd edək ki, Rusiyada sutka ərzində qeydə alınan yoluxma hallarının sayı ilk dəfə yeddi mini keçib.
Gununsesi.org
COMMENTS