Rusiyada terror aktının qarşısı alındı, ölənlər var

Rusiyada terror aktının qarşısı alındı, ölənlər var

Rusiyanın Yekaterinburq şəhərində terror aktı hazırlayan üç silahlı xüsusi əməliyyat zamanı zərərsizləşdirilib.

Gununsesi.org “Qafqazinfo”ya istinadla bildirir ki, Rusiya Milli Antiterror Komitəsinin informasiya mərkəzindən məlumat verilib.

“Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidmətinin qüvvələri tərəfindən terror aktlarının hazırlanmasının qarşısı alınıb. Yekaterinburqun Çkalovski rayonunda antiterror əməliyyatı keçirilib. Əməliyyatın gedişatında terror fəaliyyətinə cəlb olunmuş üç quldur zərərsizləşdirilib”, – Komitədən bildirilib.

Əməliyyatın keçirildiyi yerdə əldəqayırma partlayıcı qurğular, silah-sursat aşkar edilib.

Gununsesi.org

COMMENTS