Türkiyədə xəstələnən balasını xəstəxanaya gətirən bir pişiyin görüntüsü sosial mediada gündəmə çevrilib. Ağzında gətirdiyi balasını tibb işçilərinə əmanət edən ana pişik izləyənlərə duyğu dolu anlar yaşadıb.
Gununsesi.org xəbər verir ki, tibb işçilərinin dərhal bala pişiyə kömək etməsi, ana pişiyin həkim və tibbi bacılarının yanından ayrılmayıb balasını izləməsi görənləri heyrətə gətirib.
Qeyd edək ki, xəstəxana çalışanları bala pişiyə ilk tibbi yardım göstərdikdən sonra onu baytarlıq xəstəxanasına yönləndiriblər.
COMMENTS