Almaniyada bir qrup həkimin başlatdığı etiraz aksiyası sosial mediada gündəm olub.
Gununsesi.org xəbər verir ki, həkimlər artıq bununla bağlı sosial şəbəkədə qrup yaradıb və çılpaq fotolarını “Çılpaq qayğılar” adlandırdıqları səhifədə paylaşırlar.
Onlar aksiya zamanı bildiriblər ki, biz ailə həkimləriyik, sizi təhlükəsiz şəkildə müalicə etməyimiz üçün qoruyucu maskalara ehtiyacımız var. Əlimizdə çox az sayda olan bu ləvazimatlar bitərsə, sonda belə çılpaq görünəcəyik. Qadın həkimlərdə biri isə bildirib ki, mən təhsil alaraq yara tikməyi öyrəndim, indi də maska tikməyi öyrənməliyəm?!
Bir çox ölkədə olduğu kimi Almaniyada da səhiyyə işçiləri də pandemiyanın yayıldığı dövrdən indiyə kimi tibbi ləvazimat qıtlığından əziyyət çəkdiklərini bildiriblər.


COMMENTS