Koronavirusun insan münasibətlərinə müsbət təsiri aşkar edildi

Koronavirusun insan münasibətlərinə müsbət təsiri aşkar edildi

Pandemiya ilə ələqadər tətbiq olunan məhdudiyyətlər insanları gücləndirmək və birləşdirməklə cəmiyyətə müsbət təsir göstərə bilər.

Gununsesi.org bildirir ki, Britaniyalı məşhur psixoloq Hani Lankaster-Ceyms bu barədə “Sky News”a danışıb.

Onun sözlərinə görə, insanlar ortaq bir düşməni olduqda birləşirlər. Bu vəziyyətdə isə ümumi düşmən koronavirusdur.

“Evdə qalmaq məcburiyyəti ilə üzləşmiş cütlüklər üçün karantin artıq soyumuş romantik münasibətlərini alovlandırmaq şansıdır”, – deyə psixoloq bildirib.

O, bu çətin dövrün sonuncu dəfə Milad bayramında görüşən qonşularla da bir-iki kəlmə kəsmək arzusu yarada biləcəyini deyib.

“Koronavirus təhdidi böyük itkilər və qorxu dövründə, əslində, insanları daha da yaxınlaşdıra bilər, çünki bu, bizə təkcə yaxın bildiyimiz insanların deyil, başqalarının da ünsiyyətindən ləzzət almağın mümkünlüyünü xatırladacaq”, – deyə Lankaster-Ceyms vurğulayıb.

Gununsesi.org

COMMENTS