Mobil koronavirus laboratoriyasını küçədən oğurladılar

Mobil koronavirus laboratoriyasını küçədən oğurladılar

Rusiyanın Leninqrad vilayətində naməlum şəxslər koronavirusun aşkarlanması üçün mobil ambulatoriyanı qaçırıblar.

Gununsesi.org bildirir ki, bu barədə “Fontanka” nəşri xəbər yayıb.

Məlumata görə, mobil laboratoriya kimi təchiz olunan ağ rəngli “Qazel” yolun kənarında park edilib. Hər səhər bu laboratoriyada analizlər toplanıb.

Polis maşının və onu qaçıranların axtarışına başlayıb.

Gununsesi.org

COMMENTS