Paytaxt Tripolini mühasirəyə alan Liviya Milli Ordusunun lideri Xəlifə Həftarın silahlı qüvvələri Ramazan ayı münasibətilə döyüşlərə humanitar fasilə verib.
Gununsesi.org APA-ya istinadla xəbər verir ki, bu barədə Liviya Milli Ordusunun mətbuat katibi Əhməd Əl-Mismari açıqlama verib. O, Liviyada bütün hərbi əməliyyatların beynəlxalq humanitar barışıq çağırışlarına cavab olaraq dayandırıldığını bildirib. Hərbi əməliyyatların dayandırılmasının əsas məqsədi hökumətin diqqətini koronavirus pandemiyası ilə mübarizəyə yönəltmək olduğu qeyd olunub.
Daha əvvəl Xəlifə Həftar ölkəyə rəhbərlik etmək qərarını aldığını və Mərakeşin Sxirat şəhərində 2015-ci ildə imzalanmış siyasi tənzimləmə müqaviləsinin ləğv olunduğunu açıqlamışdı.
Onun sözlərinə görə, xalqın istəklərinə uyğun olaraq Liviya ordusu ölkədə idarəetməni öz üzərinə götürəcək.
COMMENTS