Paşinyanla yeyib-içən sərxoş müavini və idarə direktoru yumruq davasına çıxdı…

Paşinyanla yeyib-içən sərxoş müavini  və idarə direktoru  yumruq davasına çıxdı…

Bu yaxınlarda Ermənistan Baş nazir Nikol Paşinyanın gözü qarşısında sərxoşluq edən Baş nazirin müavini Tiqran Avinyan ilə Dərman və Tibbi Texnologiyalar Ekspertizası Mərkəzinin direktoru Vilen Qabrielyan arasında insident baş verib.
 
Gununsesi.org Moderator.az-a istinadən xəbər verir ki, bu haqda işğalçı ölkənin Politik.am saytı  məlumat yayıb.
Hökümətin yay evində Paşinyanla birgə alkoqollu içki  qəbul etdikdən sonra T.Avinyan və V. Qabrielyan  arasında mübahisə o qədər kəskinləşib ki,  yumruq davasına keçib. Baş nazirin müavini  onu sakitləşdirmək üçün V.Qabrielyana  tərəf bir stəkan atıb. İnsidentdə Ərazi İdarəetmə və İnkişaf naziri Suren Papikyan da iştirak edib.
Bütün bunlar Nikolay Paşinyanın gözləri qarşısında baş verib. Komanda yoldaşlarını sakitləşdirmək  üçün Baş nazir mühafizəçilərdən kömək istəyib.
Hadisədən dərhal sonra Tiqran Avinyan qəzəblə hökumət bağ evini tərk edərək artıq bu vəziyyətə dözmək niyyətində olmadığını bildirib.
İnsidentin əsl səbəbi açıqlanmır.

Gununsesi.org

COMMENTS