Ağdaş şəhər sakini, əvvəllər də dəfələrlə məhkum olunmuş 40 yaşlı İlqar Məmmədov saxlanılıb.
Gununsesi.org xəbər verir ki, DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, onun yaşadığı evə baxış keçirilən zaman sellofan və kağız bükümlərdə satış məqsədilə saxladığı narkotik vasitə olan qurudulmuş marixuana, tiryək, heroin, psixotrop maddə metamfetamin və şprislər aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı İ.Məmmədov barəsində cinayət işi başlanılıb, istintaq aparılır.
COMMENTS