Rusiyada dəmir yolunda partlayış - VİDEO

Rusiyanın Bryansk vilayətində dəmir yolunda partlayış baş verib.

Gununsesi.info Rusiya mediasına istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisəyə səbəb əldəqayırma partlayıcı qurğunun relslərin üzərinə yerləşdirilməsi olub.

HTML tutorial

Yük qatarı relsin üzərindən keçdikdə partlayış baş verib.

Nəticədə qatarın 7 vaqonu relsdən çıxıb. Buna baxmayaraq, qatarın maşinisti və onun köməkçisi ciddi xəsarət almayıb.

Hazırda polis hadisəni törətməkdə şübhəli bilinən iki nəfəri axtarır.

Gununsesi.info