
Xəbər verdiyimiz kimi, Ermənistan vətəndaşları Laçın sərhəd-buraxılış məntəqəsi vasitəsi ilə Qarabağa sərbəst giriş edir.
Dünən bununla bağlı yayılan fotolarda onların sərhəd-keçid məntəqəsində yoxlanıldığı görünüb.
Bəs görəsən, ermənilər Azərbaycana hansı sənədlə daxil olur.
Dövlət Sərhəd Xidmətinin Kütləvi informasiya vasitələri ilə iş şöbəsinin rəisi Aftandil Abbasov Gununsesi.info-ya açıqlamasında bildirib ki, Ermənistan vətəndaşları yalnız xarici pasportla ölkəmizə girir: “Fotolarda da göründüyü kimi, onların əlində pasport var”.
Qeyd edək ki, Azərbaycana vətəndaşları pasportsuz gələn yegana ölkə Türkiyədir.
Şəbnəm
Gununsesi.info