“Amerikalılar kimsə ilə dost deyil. Hətta Avropadan olan dostlarına belə, sadiq deyil. İraqda bir ABŞ əsgəri olsa belə, çoxdur”, – deyə dini lider söyləyib.

İranın Ali Dini Lideri Ayətullah Xameneyi paytaxt Tehranda İraq Prezidenti Əbdül Lətif Rəşidlə görüşüb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Xameneyi ikitərəfli dialoq zamanı İraq Prezidentinə Amerikanın İraqın dostu olmadığını vurğulayıb.
İki ölkə arasındakı münasibətlərin irəlilədilməsini hədəfləyən səfər çərçivəsində İranın dini lideri Ayətullah Xameneyi Lətif Rəşidə İraq torpaqlarında Amerika hərbi birliklərinin olmamasının önəmini söyləyib.