
ABŞ-nin Montana ştatında TikTok tətbiqi bloklanacaq.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Montana ştatında bununla bağlı qanun layihəsi hazırlanır.
Qanun layihəsi qəbul olunarsa, Montana ABŞ-də TikTok-u qadağan edən ilk ştat olacaq.
Buna səbəb kimi sosial şəbəkədə məlumatların təhlükəsizliyinin təmin edilməməsi göstərilib.
Qeyd edək ki, Ağ Ev ötən ay TikTok-un istifadəsini dövlət qurumlarında qadağan edib.
Gununsesi.info