Fəzail Ağamalı İstanbulda Güney Azərbaycan Forumunda iştirak edib - Fotolar

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı İstanbulda təşkil olunan 3-cü Güney Azərbaycan Forumunda iştirak edib.

Gununsesi.info xəbər verir ki, bu barədə siyasətçi özünün “Facebook” səhifəsində məlumat verib.

HTML tutorial

Deputat qeyd edib ki, sözügedən forumda irançılar, İranda federasiya tərəfdarları ilə yanaşı, Güney Azərbaycanın istiqlalı və milli dövlətçiliyinin tərəfdarları da var idi və onlar çoxluq təşkil edirdi.

“Güneyli soydaşlarımız İran fars molla rejimi ilə yanaşı, iranpərəst və federalçılarla da qarşı-qarşıya idilər. Əminəm ki, mənim də yer aldığım istiqlalçılar Azərbaycan bayrağını bütün Güney Azərbaycanın coğrafiyasında dalğalandıracaqdır. Buna varlığım qədər inanıram!”, – deyə millət vəkili fikrini tamamlayıb.

 

Gununsesi.info