
İran Səudiyyə Ərəbistanındakı səfirliyinin fəaliyyətini bərpa edib.
Gununsesi.info “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, bu barədə məlumatı İran XİN yayıb.
Məlumata görə, İran hələ Səudiyyə Ərəbistanına səfir təyin etmədiyindən Tehran Ər-Riyadda müvəqqəti işlər vəkili səviyyəsində təmsil olunacaq.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının İrandakı səfirliyinin də mayın 9-na qədər öz işini bərpa edəcəyi gözlənilir.
Xatırladaq ki, iki ölkə arasında diplomatik münasibətlər 2016-cı ildə kəsilib.
Buna səbəb isə, tanınmış şiə din xadimi Nimr ən-Nimrin Ər-Riyadda edam edilməsindən sonra keçirilən etiraz aksiyası zamanı nümayişçilərin Səudiyyə Ərəbistanının İrandakı diplomatik nümayəndələyinə hücum etməsi olub.
2023-cü ilin martın 10-u isə Pekində baş tutan danışıqların yekununda İran və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin bərpa edilməsi ilə bağlı iki ölkə nümayəndələri arasında razılaşma imzalandığı məlum olub.
Tərəflər 2 ay ərzində səfirlik və nümayəndəliyin açılması ilə bağlı razılığa gəlib.
Gununsesi.info