Rusiya bu NATO ölkəsi ilə diplomatik əlaqələri KƏSƏ BİLƏR

“Moskva Varşavadakı səfirlikdəki məktəb binasının ələ keçirilməsindən sonra Polşa ilə diplomatik əlaqələri kəsmək hüququna malikdir”.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya 1” telekanalının efirində bildirib.

HTML tutorial

O deyib ki, Polşa onilliklər ərzində ildən-ilə təxribatlarla məşğul olur: “Siz həmişə emosional, tələsik hərəkət etmək istəyirsiniz və ən əsası bizim buna haqqımız var”.

Zaxarova deyib ki, belə bir qərar verilərsə, işin bir çox aspektləri əngəllənəcək, ilk olaraq Polşada işləyən və orada ailəsi olan Rusiya vətəndaşları əziyyət çəkəcək.

O, həmçinin qeyd edib ki, Polşada rus diplomatları bu ölkə vasitəsilə Ukrayna ərazisini tərk edən ruslara yardım edir. Bundan əlavə, diplomatlar Polşada sovet abidələrinin təhlükəsizliyini müdafiə edir və digər mühüm işlərlə məşğul olurlar.

Gununsesi.info