
Sosial mediada çoxsaylı izləyiciləri olan Artur O Urso özəl hazırlatdığı çarpayısı ilə gündəmə gəlib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, hazırladığı paylaşımları ilə çoxsaylı kütlənin marağına səbəb olan Urso 6 arvadı ilə eyni anda yatmaq üçün çarpayı hazırlatdırıb. Bunun üçün 80 min sterlinq pul xərcləyib.
Uzunluğu 6 metr olan yataq çarpayısı 15 aya hazırlanıb. 6 qadınla evli olan və həyatını xoşbət şəkildə davam etdirdiyini söyləyən Artur ilk olaraq bir kilsə toyunda 9 qadınla eyni anda evlənmişdi.
Braziliyalı fenomen bu addımı ilə gündəm olduqdan sonra qadınları ilə eyni evi paylaşdıqdan sonra arvadları arasında qısqanclıq və mübahisə başladığını bildirmiş və onlardan 3-ü ilə boşanmışdı.
Xatırladaq ki, tanınmış fenomenin sosial mediada 200 minlik izləyici kütləsi var.