Dünyanın ən tanınmış 5 şənlik festivalı – FOTOLAR

  • By arzu
  • 11 Aprel 2023 17:56

Dünya ölkələri öz mədəniyyətlərinə uyğun ənənə halını almış fərqli cür şənliklər keçirilər.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, yeni mövsümdə onlar arasında şəhərin insanlarını bir araya gətirmək, ruhları aydınlatmaq, balonlar və uçurmalarla göy üzünü qarşılamaq şəklində tilsimli şənliklər dünya insanlarının marağını çəkir.

HTML tutorial

Dünyanın dörd yanında keçirilən şənliklər hansılardır?

 

Harbin Buz və Qar Şənliyi / ÇİN

Dünyanın ən böyük qış festivalı olan Harbin çinin şimal bölgəsində gerçəkləşdirilir. Harbin şəhəri soyuq olması ilə tanınır və dondurucu soyuqlarından dolayı, “Buz Şəhəri” olaraq anılır.

Qar heykəllərindən əks olunan göy qurşağı rəngləri və bina çatılarından uzanan buz damlalarından hazırlanmış buzdan olan böyük Buda heykəli bu şəhəri buz cənnətinə çevirir.

Bu şənliyə qatılmaq üçün soyuğun sevməyiniz yetərlidir. Şənlik boyunca -7 ilə -20 dərəcə arasında şaxta olur.

Ölülər Günü, Meksika

Dünyanın ən tanınmış şənliklərindən biri olan Dia de los Muertos(Ölülər Günü) ölülərin ruhlarına hörmətlərini bildirmək, xatırlamaq və qarşılamaq üçün keçirilir. Meksikadakı bu şənliyi Oaksaka, Meksiko, Miçoakan şəhərlərində görkəmli şəkildə izləmək olar.

 

Çiçək Şənliyi – Kolumbiya

Kolumbiyada hər ilin avqust ayında çiçəklərin təbiəti qeyd etməsinə özəl olaraq keçirilən Feria de Floras (Çiçək Şənliyi) 10 gün boyunca ölkənin rəngarəng bəzənməsinə səbəb olur. yerli yetişdirilmiş ən gözəl və ən rəngli çiçək yığmaları şənlik boyunca sərgilənir.

Festivalın sonunda aranjeman seçilir. Hər yaş və adama görə fərqli kateqoriyaları olur. Ən cəzbedici olanları isə, uşaqlar üçün kateqoriya bölümüdür.

Qion Matsuri, Yaponiya

Kiotonun ən böyük şənliyi olan Qion Matsuri ilk dəfə 839-cu ildə pandemiya zamanı keçirilib. Kioto sakinləri Tanrılara bir övlad elçi göndərərək onları müqəddəsləşdirməyi istəyiblər. Min ildən çoxdur davam edən Qion Matsuridə ənənəvi olaraq, bir oğlan uşağı seçilir və 24 iyuldakı keçid törənində oturaraq Tanrılara elçi olur. Bugünki Qion Matsuri qeydetmələrində keçmişdən fərqli oalraq, küçə yeməkləri və şənliklər də olur.

Balon Şənliyi, Amerika

Hər il Amerikanın Nyu-meksiko bölgəsində Alburquerquodəki Rio Qrande Vadisinin göy üzünü 500-dən çox isti hava balonnu bəzəyir.

Böyük Yüksəliş- yəni, balonlarla birlikdə havalanma məzzəm bir mənzərə yaradır. Hər biri fərqli rəng və böyüklükdəki balonlar birlikdə unudulmaz bir görüntüyə imza atır. Gündüz və gecə gerçəkləşdirilən Balon Şənliyinə bilet alıb balonlardan biri ilə yuxarı qalxmaq mümkündür.

 

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info