
“Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın sualı bir az anlaşılmazdır”.
Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentində hakim partiyanın fraksiyasının katibi Artur Ovanisyan Zaxarovanın İrəvanın NATO təlimlərində iştirakı ilə bağlı bəyanatını şərh edərkən deyib.
“Ermənistan öz dövlət maraqlarına yönəlmiş siyasi kursla gedir və öz ordusunu inkişaf etdirmək üçün hər şeyi edir. Ermənistan Silahlı Qüvvələrinin döyüş qabiliyyətini inkişaf etdirmək və artırmaq məqsədilə həm Rusiya Federasiyası, həm də digər dövlətlərlə dostluq və müttəfiqlik münasibətləri davam etdirilir.
Qeyd edək ki, Rusiya XİN-in sözçüsü İrəvandan NATO təlimlərinə qatılmaqla bağlı izahat tələb etmişdi.
Gununsesi.info