
Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko çərşənbə günü telefonla Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla Rusiya Federasiyası, Ermənistan və Azərbaycan liderlərinin Qarabağa dair üçtərəfli razılaşmalarının həyata keçirilməsini müzakirə edib.
Gununsesi.info məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
“Ətraflı fikir mübadiləsi zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020 -ci il və 11 yanvar 2021 -ci il tarixli razılaşmalarının icrası da daxil olmaqla, ikitərəfli və regional gündəliyin bir sıra aktual məsələləri müzakirə edildi”, – deyə məlumatda qeyd olunub.
Gununsesi.info