
“Toy olar, teatr olmaz?” düşüncəsi və eyni səpgili tələb çox sentimental və yersizdir. Teatra təbii ki, çox böyük ehtiyacımız var. Amma toyla teatrı müqayisə etmək uğursuzdur.
Gununsesi.info xəbər verir ki, bu sözləri ƏSA Teatrının təsisçisi, quruluşçu rejissor Nihad Qulamzadə deyib. O, teatr mədəniyyətinin toylarla müqayisəsinin mənfi təsir bağışladığını bildirib:
“Toy kütləvi biznesdir. Burada təkcə iki ailənin qohumluğundan söhbət getmir. Digər tərəfdən, hazırda cəmiyyətin maddi tələbatı mənəvi tələbatdan daha çoxdur.
Mənəvi tələbat post-pandemiya dövründə artacaq. Teatrların uzun müddət fəaliyyət göstərməməsi post-pandemiya dövründə bir çox uyğunsuzluğa və uğursuzluğa gətirib çıxaracaq. Bu səbəbdən sərt qaydalar müqabilində belə olsa, teatrların fəaliyyəti qismən bərpa olunmalıdır. Bu, pandemiya dövrünün fəaliyyəti üçün yox, sonrakı dövrə görə hesablanmalıdır”.
Aytən Məftun
Gununsesi.info