Qardaşı Röyadan danışdı:  “Hər kəsin səhvi olur” - VİDEO

“25 ildir Türkiyədə yaşayıram. Çox az-az gəldim buraya. Mənə rəy bildirənləri anlamıram. Çünki qardaş ölkədir. Hər mövzuda bir-birimizə dəstək veririk. Onsuz da dillərimiz eynidir. Danışanda başa düşürük axı. Bu qədər sadə! Mən öz dilimdə də danışıram, sadəcə bəzi kəlimələrdə problem yaşayıram. Türkiyədə özümü püxtələşdirib vətənimə xidmət edirəm. Mən əsgərliyimi də Azərbaycanda çəkmişəm”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxanın qardaşı İsmayıl Nəcəfov deyib. MTV Azərbaycanda Lamiyə Balacayevanın aparıcılığı ilə yayımlanan “Üzə-düz” verilişində qonaq olan müğənni “Avroviziya” kimi beynəlxalq yarışmada iştirak etməyi düşünmədiyini bildirib:

“Çünki qismət işidir bu. Amma kim istəməz ki, oraya getsin. Böyük bir müsabiqə və reklamdır. Elə bir təklif almamışam, amma olsa, bilmirəm nə edəcəm. Seçilmək üçün seçimlərə də qatılmaq lazımdır. İngilis dilin mükəmməl olmalıdır, məndə özümü idarə edəcək dərəcədədir. İllərlə o müsabiqəyə hazırlıqlı olmalısan”.

Əkiz qardaşından danışan İsmayıl bir-birlərinə bənzəmədiyini etiraf edib:

“Qardaşım Ayxanla mən 11 il sonra doğulduq. Anama zamanında həkimlər deyib ki, sən başqa bir övlad dünyaya gətirə bilmərsən. Amma əkiz oğlan doğulduq. Möcüzə idik. Görünüşcə Ayxanla bir-birimizə bənzəmirik. Atam anama deyirmiş ki, 2 oğul istəyirəm, barı 1 oğlum olsun. Allah 2 oğul verib. Çox dəcəl olmuşam. Anamı uşaq vaxtı çox yormuşam, gün keçdikcə anlayıram bunu. İndi ona zəng edib deyirəm ki, məni bağışla. 25 ildir qardaşım Ayxanla Türkiyədə yaşayırıq. Anam o qədər güclü bir qadındır ki, hər mövzuda bilgisi var. Hətta 40-50 yaşımda bir problemim olsa, mən yenə də anamdan məsləhət alacam.

Bizim ailədə həmişə dəstək olub. Evimizdə musiqi mövzusunda elə bir insan var ki… Mən bilmədiklərimi də ondan öyrəndim. Hələ də öyrənirəm. Röya mənim üçün böyük bir şansdır. Biz çox gözəl bir ailəyik. Bizdə küsülülük filan olmadı. Röyanı hər mövzuda yanımda gördüm, mənə “atam” kimi gəlir o. Başıma bir hadisə gələndə ilk ona sığınıram. Azərbaycanda öz imzasını atmış böyük bir sənətçinin qardaşıyam. Çox diqqətli olmalıyam, çünki etdiyim səhvin bir ucu ona toxuna bilər. Sənət fədakarlıq istəyir. Hər kəsin səhvi olur, amma önəmli olan o səhvi görüb düzəltməkdir. Röya heç kimə pislik etməyib, hər nə edibsə, yalnız öz işi üçün edib. İşində də çox bacarıqlıdır. Qınayıb edə bilməyənləri də görürük ki, indi hardadırlar”.

Şəxsi həyatından danışan ulduz onu anlayan bir xanımla ömür-gün yoldaşı olmaq istədiyini dilə gətirib:

“Musiqi insanlarının həyatı bir az çətin olur. Seçəcəyim insan məni qaldıracaq biri olmalıdır. Etdiyim işə hörmət etməlidir, mənə problem çıxartmamalıdır ki, xoşbəxt bir ailə olsun! Həyatımda elə bir insan olsa, hər kəs bundan xəbərdar olacaq! Xanımım məni anlamalıdır, mən sənətimdən pul qazanıram. Sən müəllimsən, mən sənə hörmət edirəmsə, bu, qarşılıqlı olmalıdır. Qısqanclıqları belə, saqqız kimi uzatmamaq lazımdır. Bir münasibətə başlayanda ən başından deyirəm ki, bax, mənim həyatım bu! Gecə saat 4-5-də evə gələ bilərəm. Bəs pulu necə qazanım? Yerinə görə özünü apara bilən qadınları sevirəm. Evə gələndə yemək hazır olmalıdır. Qarşılıqlı bir-birimizlə maraqlanmalıyıq. Sevgi gözəlliyə, yaşa baxmır. Qəlbi gözəl olsun. Çünki bir müddət sonra sevgi bitir, hörmət qalır. Seçəcəyim xanım fanatım da ola bilər. Tarkanda da belə olmuşdu. Hər an hər şey ola bilər. Hətta müğənni həmkarım da ola bilər. Sevdimsə, sənəti mənə önəmli deyil”.

Gununsesi.info